Qaydalar

Sifarişçi - Hər hansı bir məhsulu xarici və ya daxili istehsalçının satış məntəqəsindən alış məqsədi ilə dəyərini öncədən ödəməklə sifariş edən şəxs.

Daşıyıcı - Sifarişçinin sifarişi əsasında malı istehsalçının satış məntəqəsindən alaraq, özünə məxsusanbara kimi çatdırmanı həyata keçirən karqo şirkəti.

1.İstifadəçi sistemdə qeydiyyatdan keçməklə, şəxsi məlumatlarını tələb olunan qaydada qeyd etməlidir.
2.İstifadəçi qeydiyyatdan keçmək üçün daxil etdiyi məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
3.Sonradan qeyd olunmuş məlumatlarda dəyişikliklər olarsa, bununla bağlı Order Express MMC şirkətinə məlumatların yenilənməsi üçün bildiriş göndərmək istifadəçinin öhdəliyidir.
4.Qadağan olunmuş məhsullar sifariş verilərsə, xidmət həmin istifadəçi üçün bloklana bilər.
5.Sistemin tələb etdiyi qaydada ödəmə etmək istifadəçinin öhdəliyidir.
6.Öz şifrə və məlumatlarını digər şəxslərlə paylaşmamalıdır. Belə hallar baş verərsə borclanmaya və sifarişin statusunun dəyişməsinə görə, şəxsözü cavabdehdir.
7.Daşınan bağlamanın çatdırılma üçün xidmət haqqı iki meyar üzrə, çəki və həcmə (Dünya üzrə daşınmalar əsasən müəyyən olunmuş beynəlxalq qaydalarla tənzimlənir. Misal üçün INCOTERMS, CARNER-TIR və bir sıra oxşar və dövlətlər tərəfindən qəbul olunan qaydalar. Bu qəbildən poçt və e-commerce daşınmasında qəbul olunmuş həcm formulunu ("6000" düsturunu) sizin nəzərinizə çatdırırıq. Misal üçün, sizin daşınma üçün 2 kg qu tükündən yastığınız var. Ölçüləri 40x40x25 sm dir. Daşınma zamanı çəki və həcm uyğunluğunu hesablamaq üçün (santimetirlə) bu düstur tətbiq olunur - 40x40x25cm/6000 = 5.3 kg. Göründüyü kimi real çəki həcm çəkisindən azdır və daşınma zamanı çəki 6.4 kg kimi hesablanacaq. Həcm düsturunun nəticəsi real çəkidən az olduğu halda isə, real çəki hesablanır.) görə hesablanır. İstifadəçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparmalıdır.
8.İstifadəçi bağlamalarını ofisi tərk etmədən yoxlamalı, hər hansı bir zədə və ya çatışmamazlıq olduğu təqdirdə şirkəti məlumatlandırmalıdır. Əks təqdirdə zədələnmiş bağlamalara görə şirkət məsuliyyət daşımır! 


Anbar - Daşıyıcıya məxsus,

1.Daşıyıcı istehsalçı deyil və heçbir satış xidməti göstərmir. Sifarişçi ödənişini şəxsi hesabından daşıyıcının əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% ödəmə (bank) komissiyası nəzərdə tutulmuşdur. Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% komissiya geri qaytarılmır
2.Sifarişçinin ünvanında ödəmək şərti ilə göndərilən sifarişlər qəbul olunmur.
3.Daşıyıcı, istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına,tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
4.Daşıyıcı satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.
5.Daşıyıcı sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər.)
6.Daşıyıcı sifarişçinin sifariş etdiyi online ünvanın etibarlılığı, ödəmə şərtləri ilə bağlı heç bir məsuliyyət daşımır.
7.Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ xarici şirkət tərəfindən kartına və yaxud saytımızdakı balansına geri qaytarılır.
8.Ödəniş, sifariş olunan xarici ölkənin valyutası ilə aparılır və Sifariş olunmuş məhsulun ödənişi aşağıdakı hallarda müştəriyə geri qaytarılır:
a) Məhsul satıcı firmanın balansında tükəndikdə;
b) Müştəri yanlışlıqla balansına vəsait daxil etdikdə; 
c) Satıcı firma tərəfindən sifariş ləğv edildikdə.
9.Ödənişlərin karta geri qaytarılması 15 iş günü müddətində icra olunur, bəzi hallarda bu müddətə bir neçə gün banklardan asılı olaraq əlavə ola bilər.
10.Tərkibində maye, tez alışan maddələr, batareya və Azərbaycan qanun vericiliyinə qadağan olunmuş məhsullar olan sifarişlər qəbul olunmur və qadağan olunmuş məhsulların sifarişi zamanı telefon e-mail və yaxud sms vasitəsi ilə müştəriyə xəbərdarlıq edilir və iade prosesi başladılır.
11.Çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.

 

Bu qaydalarla tanış olduqdan sonra Sifarişçi olaraq qeydiyyatdan keçən şəxs bildirmiş olur ki, qaydalarda qeyd olunan hallarla bağlı yaranan istənilən problemə görə Daşıyıcının məsuliyyət daşımadığını qəbul edir.