Haqqımızda

Biz Order Express MMC şirkəti olaraq, müştərilərimiz üçün kiçik bağlamalardan tutmuş iri yüklərinin daşınmasını təmin edirik.

 Bizim müvafiq daşınma şöbələrimizdə çalışan peşəkar komandamız sizin sorğularınızı hər an cavablandırmağa hazırdırlar. Bizim missiyamız expres-poçt ximətində və irəliləyən dövrlərdə logistikada keyfiyyət və dəyər əmsalını ən yüksək səviyədə yerli bazara təklif etmək və eyni zamanda dəyişiklikləri daimə izləmək və daşınma proseslərində lider olmaqdır.

Order Express MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə ölkədaxili, eyni zamanda beynəlxalq poçt bağlamalarının daşınmasını və daşınma ilə bağlı bütün prosesləri həyata keçirir. Şirkətimiz hal-hazırda Azərbaycan Respublikasında və Türkiyə Cumhuriyyətində qeydiyyatdan keçmiş və hər iki ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.

Hazırda Order Express MMC’nin missiyası Türkiyə e-shop saytlarından bağlamaları düzgün, qənaətli və sürətli şəkildə Azərbaycana çatdırılması xidmətini təmin etməkdir. E-shop mağazalarından geyim və digər məhsullarınızı rahat şəkildə Bakı ( rayonlarda daxil olmaqla ) şəhərinə təslim edirik. Çatdırılan məhsulları ofisimizə yaxınlaşaraq ala bilərsiniz. Order Express MMC eyni zamanda yaxın müddətdə Çin, Amerika, Britaniya və s. kimi ölkələrdəndə bu xidməti sizin üçün göstərəcəyinə söz verir.