Tez-Tez Verilən Suallar

Türkiyədən Azərbaycana çatdırılma qiymətləri 1- 4 dollar aralığında dəyişir. Ağır çəkili bağlamalar daha sərfəli tariflərlə hesablanır. Ətraflı “Tariflər” bölməsindən tanış ola bilərsiniz

Ümumilikdə Türkiyədən olan sifarişlər həftədə 2 dəfə olmaqla ölkəmizə yola düşür və ən qısa müddətdə yerli anbarımızda olur. Gömrük rəsmiləşdirmələri bitdikdən sonra yerli anbarımıza daxil olur və sizə sms, mail vasitəsilə məlumat göndərilir. Bağlamanın Türkiyə ofisimizdə sistemə əlavə edildikdən sonra yerli anbarımıza çatdırılma müddəti əsasən 5-7 gün təşkil edir. 
Satıcı mağazaların bizim Türkiyə ofisimizə çatdırılma müddəti mağazadan, məhsulun təmin edilmə müddətindən asılı olaraq dəyişir.

Sifariş mağaza tərəfindən təsdiqləndikdən sonra təyin edilmiş çatdırılma müddəti ərzində daxili karqo şirkəti və ya poçt xidməti vasitəsi ilə xaricdəki ünvanlarım bölməsində qeyd edilən ünvana çatdırılaraq daşıma şərtlərinə uyğun olaraq səlahiyyətli şəxsə təhvil verilir. Sifarişin çatdırılması çatdırılma edən karqo şirkətinin bazasında təhvil alanın elektron imzasıyla təsdiqlənir və çatdırılma bununla tamamlanır. 

Xarici anbarımıza daxil olan hər bir bağlama ayrılıqda fiziki çəkisinə əsasən hesablanır. “Tariflər” bölməsinə keçid edərək müvafiq ölkələr üzrə tariflərə nəzər yetirə bilərsiniz. 


Uzunluğu 1 metrdən artıq olan bağlamaların çatdırılma ödənişi fiziki çəkidən əlavə həcmə vurulur.
Əgər bağlamanız Türkiyədən göndərilibsə bağlamanızın fiziki çəkisinə görə hesablanan məbləğdən, əlavə 5$ da ödəniş edirsiniz.

Bəli, mümkündür. Qeyd edək ki, maye məhsullarının tarifləri standart tariflərlə eyni deyil və həftədə 1 dəfə olmaqla göndəriş edilir. Türkiyə anbarımıza daxil olan və tərkibində ən az bir maye məhsulu olan bağlamaların tam çəkisi maye tariflərinə əsasən hesablanır. “Tariflər” bölməsinə keçid edərək maye məhsullarının çatdırılma tarifləri ilə tanış ola bilərsiniz.

Bağlamanızı xarici anbarımızda sistemə əlavə edildikdən sonra “Bağlamalar/Bəyannamələr” bölməsindən izləyə bilərsiniz. Əlavə olaraq nəzərinizə çatdıraq ki, bağlamanızın statusu ilə bağlı sizə sms və mail vasitəsilə məlumat göndərilir. 

Bəli mümkündür. Rayonlara çatdırılma Azərpoçt şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bağlamalarınızı Azərpoçt şirkətinə həftədə 6 dəfə olmaqla təhvil veririk. Bağlamalarınız poçta təhvil verildikdən sonra 2-3 iş günü ərzində qeyd etdiyiniz rayondakı Azərpoçt filialına çatdırılır.

Uzunluğu 1 metrdən artıq olan bağlamaların çatdırılma ödənişi ölkələrə görə dəyişir.
Əgər bağlamanız Türkiyədən göndərilibsə bağlamanızın fiziki çəkisinə görə hesablanan məbləğdən əlavə 5$ da ödəniş edirsiniz.