Tez-Tez Verilən Suallar

TRY balansı "Həvalə et" xidmətimizlə sifariş edilməsi üçün saytımıza yerləşdirdiyiniz linklərin ödənişinin edilməsi üçündür.

USD balansı isə ölkələrarası çatdırılma və kuryer sifarişlərinizin ödənişinin edilməsi üçündür. Bu ödənişlərin bağlamanı təhvil aldığınız zaman nağd şəkildə də edilməsi mümkündür.

Ölkələrarası çatdırılma və kuryer ödənişlərinin TRY balansı ilə ödənilməsi mümkün deyildir.

Balanslararası dəyişiklik edilmir, məbləği USD balansından TL balansına və ya əksinə göndərmək mümkün deyil. Ancaq, balansınıza kart vasitəsilə yüklədiyiniz məbləği bank kartınıza geri ala, E-manat terminalı vasitəsilə və ya ofisimizdə nağd şəkildə balans artımı etdiyiniz təqdirdə isə ofisimizdən vəsiqənizin əsli ilə nağdlaşdıra bilərsiniz.

Balansınıza kart vasitəsilə yüklədiyiniz məbləği bank kartınıza geri ala bilərsiniz. Bunun üçün saytımızda “Onlayn müraciət et” bölməsinə daxil olursunuz və “Balansla bağlı” başlığı altında kartınıza geri qaytarılmalı olan məbləği və kartınızın son 4 rəqəmini qeyd edirsiniz. Biz müraciətinizi dərhal müvafiq banka yönləndiririk. Məbləğ bank tərəfindən 5-7 iş günü ərzində ödəniş etdiyiniz karta geri qaytarılır. 

E-manat terminalı vasitəsilə və ya ofisimizdə nağd şəkildə balans artımı etdiyiniz təqdirdə isə məbləği ofisimizdən vəsiqənizin əsli ilə nağdlaşdıra bilərsiniz.

Order Kargo balansınızı həm nağd, həm də onlayn şəkildə artıra bilərsiniz. Saytımız və mobil tətbiqlərimizə daxil olaraq onlayn ödənişlə balans artırmaq mümkündür. 

E-manat terminalları vasitəsilə USD balansınızı, ofislərimizə yaxınlaşaraq isə həm TRY, həm də USD balansınızı nağd şəkildə artıra bilərsiniz.

E-manat terminalları vasitəsilə balansınızı artırmaq üçün ekranda “digər” bölməsinə daxil olaraq “Order Kargo”-i seçirsiniz. Daha sonra müştəri kodunuzu daxil edib “davam et” düyməsini sıxırsınız. İstədiyiniz məbləği daxil edib təsdiq edirsiniz. Əməliyyatı bitirdikdən sonra məbləğ dərhal balansınızda görünəcəkdir.